“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) ümumrespublika xəbər kanalının açılması ilə bağlı lisenziya verilib.
Bununla bağlı məlumatı ÇıxışYolu.Com-a Milli Tеlеviziya və Radiо Şurasının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov verib.
“Martın 11-dən aprelin 11-dək MTRŞ tərəfindən elan edilmiş müsabiqədə tələb olunan sənədləri “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Real” TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyəti təqdim edib.
Bu gün Şuranın iclasında bu məsələyə baxılıb və “Real” TV-yə yerüstü yayım üçün müddətsiz ümumrespublika xəbər kanalı lisenziyası verilməsi barəsində qərar qəbul edilib”.
Samir İsayev