“Real”, yoxsa “Bavariya”?

“Real”, yoxsa “Bavariya”?

Baxış sayı: 2. 571 dəfə baxılıb.

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, ilk görüşdə səfərdə Almaniyanın “Bavariya” komandasını 2:1 hesabı ilə məğlub edən İspaniyanın “Real” klubu ardıcıl üçüncü dəfə qitənin ən nüfuzlu turnirinin finalına çıxmaq niyyətindədir.

Kral klubunun heyətində müdafiənin sağ cinahında həm Dani Karvahal, həm də Naço zədədən əziyyət çəkdiyindən, bu mövqedə kimin oynayacağı sual altındadır. Eyni zamanda, yarımmüdafiəçi İskonun da oynamamaq ehtimalı var.

“Bavariya”da isə ilk oyunda zədələnən müdafiəçi Jerom Boatenq komandasına kömək edə bilməyəcək. Arturo Vidal da zədədən əziyyət çəkir. David Alaba kollektivə qoşulubsa, dünən fərdi məşqlə kifayətlənən Aryen Robbenin oynayıb-oynamayacağı bəlli deyil.

Türkiyəli referi Cüneyt Çakırın idarə edəcəyi matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mayın 2-də keçiriləcək ikinci yarımfinal qarşılaşmasında  İngiltərənin “Liverpul” və İtaliyanın “Roma” komandaları üz-üzə gələcək. İlk oyun mersesaydlıların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

www.ÇıxışYolu.Com