window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Beynəlxalq çempionlar kuboku davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, ABŞ-ın Lendover şəhərində “Real” (Madrid) və “Arsenal” (London) üz-üzə gəliblər.
“Topçular” birinci hissədə daha aktiv oyun nümayiş etdirib iki top vurdular: gollar Lakazet və Obameyanqın hesabındadır.
İkinci hissədə madridlilər 3 dəqiqəyə 2 top vuraraq oyuna qayıtdılar. Qolların müəllifləri Beyl və Asensio oldu.
Oyundan sonrakı penaltilərdə Zidanın yetirmələri daha uğurlu oldular – 3:2.
Qeyd edək ki, oyun zamanı arbitr T.Ford hər komandadan bir futbolçuya qırmızı vərəqə göstərərək onları meydançadan qovub.