“Real”ın baş məşqçisi bu gün istefaya göndəriləcək

Baxış sayı: 2. 894 dəfə baxılıb.

“Real”ın baş məşqçisi bu gün istefaya göndəriləcək

Bu gün İspaniyanın “Real” klubunun baş məşqçisi Xulen Lopeteqi istefaya göndəriləcək.

ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb “Real”ın La Liqanın X turunda əzəli rəqib “Barselona”ya böyük hesablı məğlubiyyətdir (1:5). 

Yerli mətbuatın iddiasına görə, artıq Xulen Lopeteqi futbolçularla vidalaşıb. Bu gün Madrid klubunun Müşahidə Şurasının iclası olacaq. Bundan sonra Lopeteqinin istefası açıqlanacaq. Onun yerinə italiyalı Antonio Kontenin təyin olunacağı gözlənilir.

Qeyd edək ki, “Real” tarixinin ən pis dönəmlərindən birini yaşayır. Komanda İspaniya La Liqasının turnir cədvəlində 14 xalla IX sırada qərarlaşıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com