Reanimasiyaya yerləşdirilən bloqer Asyanın səhhəti necədir? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir neçə gün əvvəl qanına infeksiya keçdiyi üçün reanimasiyaya yerləşdirilən
bloqer Asya Aslanovanın səhhətində irəliləyiş var.
Bu barədə onun rəfiqəsi bloqer Fatimə Əhmədova sosial şəbəkə hesabında
paylaşım edib.
O, video paylaşaraq Asyanın səhhətinin yaxşılığa doğru dəyişdiyini və
reanimasiyadan çıxarılacağını qeyd edib:
“İki gün əvvəl bu hal yaşandı. Amma artıq Asyanı aparatdan ayırıblar.
Vəziyyəti çox yaxşıdır. Analizlərinin cavabı müsbətə doğru gedir. Artıq heç bir
problem gözlənilmir. Onu reanimasiyadan çıxaracaqlar”.
Xatırladaq ki, dekabrın 16-da bloqer Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya
yerləşdirilib. Bloqerin səhhəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə
ki, o, ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeksiya keçib.