c1408a3b-362c-4792-ac6d-9e340c51cad3..jpg

Reanimasiyaya yerləşdirilən bloqer Asyanın vəziyyəti ağırlaşdı – FOTO

Baxış sayı: 389 dəfə baxılıb.

Reanimasiyaya yerləşdirilən bloqer Asyanın vəziyyəti ağırlaşdı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloqer Asya Aslanovanın son
vəziyyəti açıqlanıb.

Bu barədə onun dostu bloqer Ramal İsayev məlumat yayıb.

O bildirib ki, Asyanın vəziyyəti yenidən pisləşib və o, süni tənəffüs
aparatına qoşulub.

“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb.
Aparata qoşublar”.

Xatırladaq ki, dekabrın 16-da bloqer Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya
yerləşdirilib. Bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib.
Belə ki, o, ağıl dişini çəkdirərkən narkozun təsiri altında olub və qanına
infeksiya keçib.

Source link