9d75ca64-c8e4-4c61-9393-4ae66d1cfbdb..jpg

Region gəncləri anım günündə şəhidlərimizi ehtiramla yad ediblər – FOTO

Baxış sayı: 421 dəfə baxılıb.

Region gəncləri anım günündə şəhidlərimizi ehtiramla yad ediblər – FOTO

Region gəncləri 27 Sentyabr – Anım Günündə şəhidlik zirvəsinə ucalmış
qəhrəmanlarımızın əziz xatirəsini yad etmək məqsədilə silsilə tədbirlər həyata
keçiriblər.

Bu barədə Azərbaycan Gənclər Fondu məlumat yayıb.

Bildirilib ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarda
fəaliyyət göstərən regional nümayəndəlikləri və bölmələrinin təşkilatçılığı ilə
gənclər rayon ərazisində ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər
xiyabanını ziyarət ediblər. Ərazi bütövlüyümüzün bərpasını qarşımıza tapşırıq
kimi qoyan ümummilli liderin və bu yolda canından keçən şəhidlərimizin əziz
xatirəsi ehtiramla yad olunub.

Daha sonra bölgələrdə müharibə iştirakçıları, qazilər, ekspertlərin iştirakı
ilə görüşlər keçirilib, müharibənin gedişatı, uğurlu əks-hücum əməliyyatı,
şanlı qələbəmizdən sonra böyük qayıdışa atılan inamlı addımlar, işğaldan azad
olunmuş ərazilərimizin yenidən dirçəldilməsi, Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə uğurla keçirilən antiterror
tədbirləri haqqında gənclər məlumatlandırılıblar.

Eləcə də regionlarda Anım Gününə həsr edilmiş veloyürüşlər təşkil olunub,
“Görünməyən qəhrəmanlar”, “Kod adı: Yaşma”, “44 gün, 44 an”, “Ağxalatlılar”
adlı filmlər nümayiş etdirilib.

Source link