b2285107-44e9-4ab4-af73-3583952c5c0d..jpg

“Regional əməkdaşlıq sayəsində Fransanın Qafqaza müdaxiləsinin qarşısını almaq lazımdır” – RƏY + FOTO

Baxış sayı: 573 dəfə baxılıb.

“Regional əməkdaşlıq sayəsində Fransanın Qafqaza müdaxiləsinin qarşısını almaq
lazımdır” – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Regional əməkdaşlıq sayəsində kənar güclərin, o cümlədən Fransanın regiona
müdaxiləsinin qarşısını almaq lazımdır”.

Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz
Əlibəyli deyib.

Ekspertin sözlərinə görə, Fransanın bölgəyə soxulmaq cəhdi “3+3” platforması
üçün müəyyən qədər təhdid ola bilər:

“Xüsusilə, nəzərə almaq lazımdır ki, bu, təkcə mülki xarakterli addım deyil.
Fransanın regiona soxulması həm də bu dövlətin öz strateji maraqlarından xəbər
verir. Odur ki, məhz regional əməkdaşlıq sayəsində Fransanın bu cəhdlərinin
qarşısını almaq lazımdır”.

O bildirib ki, bu, qlobal təhdidlərin qarşısının alınması baxımından da
effektivdir:

“Bunun əsas səbəbi Ermənistan, İran və Gürcüstanın zaman-zaman nümayiş
etdirdiyi tərəddüddür. Amma “3+3” layihəsi istiqamətində atılan addımlar
kifayət qədər rentabellidir. Altılıq platformasının möhkəmlənməsi ehtimalı
indiki məqamda kifayət qədər yüksəkdir. Gürcüstan əməkdaşlıq yolunu tutsa,
Rusiya ilə münasibətləri düzəltsə, ağıllı davranmış olar. Bu, Gürcüstan üçün
ideal şansdır. Cənubi Qafqazda regional əməkdaşlıq platforması yaranıb. Buraya
təkcə iqtisadi əməkdaşlıq yox, həm də regional təhlükəsizliyin təmin olunması
daxildir”.

Ə.Əlibəyli söyləyib ki, Gürcüstanın Rusiya faktorunu bəhanə etməsi başadüşülən
deyil:

“Ən azından ona görə ki, bu platformada iki qonşu ölkə – Azərbaycan və Türkiyə
də – təmsil olunur. Rəsmi Tbilisinin həm Bakı, həm də Ankara ilə iqtisadi
əlaqələri var. Ümumiyyətlə, altılıq platforması region ölkələrinin hər birinin
xeyrinədir. Rusiya və Türkiyə bu yolla kənar güclərin regiona soxulmasının
qarşısını ala bilər. Azərbaycan üçün “3+3” platformasının əsas əhəmiyyəti Vətən
müharibəsindən sonra yaranmış yeni reallıqları qoruyub-saxlamaqdır. Bu,
həmçinin, Ermənistan və İran üçün də vacibdir. Çünki Qərb artıq Ermənistanın
sərhədinə gəlib çıxıb”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
Elçin Əmirbəyov dünən, oktyabrın 24-də BBC radiosunun canlı efirində Cənubi
Qafqaz ölkələrinin regional məsələlərin həllində əsas rol oynamalı olduğunu
qeyd edib. Onun sözlərinə görə, bu, kənar oyunçuların regiona müdaxiləsinin
qarşısını alacaq.

Source link