Regionlarda seçkinin ilkin nəticələrindən sonra bayram əhvali-ruhiyyəsi –
YENİLƏNİR + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xankəndidə seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş
keçirilir.
“Report”un məlumatına görə, sakinlər “exit-poll”un nəticələrini bildikdən
sonra avtoyürüş keçiriblər.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi
keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham
Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə
Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının
prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının
prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü
tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı
İlham Əliyev 92,1 faiz səslə prezident seçkisində liderlik edir.
07.02.2024, 23:48
Xocavənddə seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş
keçirilir.
Cixisyolu.com xəbər verir ki, İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanaraq
növbəti dəfə prezident seçilməsi Xocavənd ictimaiyyəti tərəfindən böyük coşqu
ilə qeyd olunur.
Rayonda sürücülər dövlət bayraqları ilə dövrə vururlar. Hazırda avtoyürüşlər
davam edir.
23:35
Ağdamda seçkinin ilkin nəticələri böyük coşqu ilə qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, 7 fevral 2024-cü il tarixdə ölkədə keçirilən
növbədənkənar prezident seçkisində Müzəffər Ali Baş Komandan, İlham Əliyevin
seçkilərdə inamlı qələbə qazanaraq növbəti dəfə prezident seçilməsi Ağdam
ictimaiyyəti tərəfindən böyük coşqu ilə qeyd olunub.
Rayon sakinləri üçrəngli dövlət bayrağı, Yeni Azərbaycan Partiyasının bayrağı
və İlham Əliyevin şəkilləri ilə bəzədilmiş şəxsi avtomobilləri ilə Ağdam Muğam
Mərkəzinin qarşısından Bayraq meydanına doğru yürüş ediblər.
23:21
Laçın şəhərində seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş
keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından səsvermədə
mütəşəkkil iştirak edən sakinlər günün sonunda bayram ab-havası ilə şəhərə
çıxıblar. Laçının mərkəzi küçələrində milli musiqi sədaları altında
avtomobillərin yürüşü keçirilib. Həmçinin şəhər sakinləri sevinc və qürur
hisslərini bir-biriləri ilə bölüşüblər.
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq
Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar
prezident seçkisində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar.
“Oracle Advisory Group” təşkilatı İlham Əliyevin seçicilərin 93,9 faizinin,
“Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4
faizinin səsini qazandığını bildiriblər.
22:49
ABŞ-nin “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və
Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident
seçkisində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. “Oracle
Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin,
“Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4
faizinin səsini qazandığını bildiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, digər bölgələrdə olduğu kimi,
Zəngilan rayonunun Ağalı kəndinin sakinləri də İlham Əliyevin inamlı qələbəsini
bayram əhvali-ruhiyyəsində qarşılayıblar. Avtomobil karvanı kəndin mərkəzi
küçələri boyunca musiqi sədaları altında yürüş edib. Həmçinin kənd sakinləri
mərkəzdəki istirahət parkına toplaşaraq, sevinc hisslərini paylaşıblar.
22:38
Şimal-qərb bölgəsinə daxil olan rayonlarda seçkinin ilkin nəticələrinin qeyd
olunması məqsədilə avtoyürüş keçirilib.
“Report”un məlumatına görə, avtoyürüşdə Oğuz, Şəki, Zaqatala və Qax
rayonlarının küçə və prospektlərində yüzlərlə avtomobil iştirak edir.
Rayonların ərazisində sürücülər dövlət bayraqları ilə dövrə vururlar. Hazırda
avtoyürüşlər davam edir.
21:54
Xaçmazda yürüş keçirilib.
Növbədənkənar Prezident seçkisi ilə əlaqədar “exit-poll” nəticələri
açıqlandıqdan sonra Xaçmaz şəhərində yürüş keçirilir.
Xaçmaz şəhər sakinləri də hər üç “exit-poll” nəticəsinə görə böyük fərqlə
seçicilərin səsini qazandığı elan edilən İlham Əliyevin qələbəsini böyük çoşqu
ilə bayram ediblər.