“Regnum” Bakı finalı haqqında: Britaniya klubları ingilis KİV-inə qarşı

Baxış sayı: 3. 165 dəfə baxılıb.

“Regnum” Bakı finalı haqqında: Britaniya klubları ingilis KİV-inə qarşı

Bu günlərdə Bakıda “Çelsi” və “Arsenal” arasında baş tutan Avropa Liqasının final oyunu turnirə özünəməxsus rekord vurub. Onu 51 min 370 nəfər ziyarət edib. Daha çox ziyarətçi olacaqdı, əgər ingilis tabloidi altı min ingilis azarkeşi qorxutmasaydı.

Bu fikirlər “Regnum” agentliyinin saytında yayımlanan “Avropa Liqasının finalı: Britaniya klubları Britaniya KİV-lərinə qarşı” başlıqlı məqalədə yer alıb. 

Məqalə müəllifi bildirib ki, Azərbaycan paytaxtındakı “Olimpiya” stadionunda baş tutan oyun Avropa Liqası tarixində ən çox ziyarətçi olan üçüncü qarşılaşma olub. Keçmiş finallarda rekord Fransa “Marsel”i ilə Madrid “Atletiko”su arasında Lionda baş tutan qarşılaşmada qeydə alınıb ki, bu oyunu 55 min 768 azarkeş izləyib. İkinci yeri 52 min 347 azarkeşlə 2012-ci ildə Buxarestin “Milli” stadionunda baş tutan qarşılaşma tutur.

“Ancaq Lionla Buxarest haradadır, Bakı harada? Bu da Britaniya tabloidinə bəhanə verdi və onlar təşviş yaradaraq, öz oxucularını qorxutdu. Buna oxşar halı ingilis azarkeşlər ötən il Rusiyada keçirilən dünya çempionatında da müşahidə etmişdilər, KİV-dəki “fake” məlumatlara inanaraq, milli komandalarının oyununu izləməkdən imtina etmişdilər. Və daha sonra özləri bundan peşman oldular. 

Eyni mənzərə bu dəfə Azərbaycanla təkrarlandı, Britaniya mətbuatı 2019-cu il Avropa Liqası finalını Bakıda keçirməklə bağlı qərar qəbul edən Avropa Futbol Federasiyası Birliyini (UEFA) informasiya hücumuna məruz qoydular”, – məqalədə deyilir. 

Qeyd edilib ki, əvvəlcə “Arsenal”ın forvardı və Ermənistan yığmasının üzvü Henrix Mxitaryanın Azərbaycanda oynamaqdan imtina etməsini ingilis azarkeşlərin təhlükəsizlik problemi ətrafında istifadə etdilər:

“Əgər onların problemi vardısa, bunu Fransadan Azərbaycana qədər özləri özləri üçün yaradırlar. 

Misal üçün, oyun günü Briyaniya tabloidi azarkeşlər arasındakı davadan “qaynar xəbər” üçün yapışdılar. Ancaq bu, işə yaramadı. Birincisi, azarkeşlər ingilislər çıxdılar. İkincisi, yerli polis özünü aydın və düzgün apardı”.

Müəllif bildirir ki, Britaniya tabloidləri üçün daha bir mövzu bəhanəsi logistika problemi ilə bağlı oldu:

“Guya La-Manşdan Xəzərə uçmaq heç cür mümkün deyil. Birbaşa reyslər bəs etməyəcək, tranzitlə isə rahat deyil və bahadır. Qısası, istənilən halda praktika göstərir ki, təşkilatçılar azarkeşlər üçün çarter reysləri təşkil edən zaman bu problem də həllini tapır 

Ancaq “Çelsi” və “Arsenal” azarkeşləri üçün bron edilmiş yerlərin çoxu boş qaldı. 

Öz mediası tərəfindən qorxudulan azarkeşlər televizor qarşısındakı isti kreslolarını tərk etmək qərarına gəlmədilər. Demək olar ki, Britaniya mediası öz “isterika”ları ilə növbəti dəfə ingilis azarkeşləri öz klublarının yaxşı oyunlarını izləmək imkanından məhrum etdilər”. 

Müəllif qeyd edir ki, jurnalistlərdən fərqli olaraq, UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının final oyununun Bakıda keçirilməsinə və Azərbaycanın hazırlığına yüksək qiymət verib. 

“Bakıda hər şey ideal təşkil olunub və final turnirinə hazırdır. Hazırda hər şey qonaqpərvər və möhtəşəm görünür. Düzünü desəm, tənqidləri başa düşmürəm və heç bir çətinlik görmürəm. Əlbəttə, azarkeşlər üçün Bakı və Bilbaodan fərqli olaraq, London və Romadan bilet almaq və mehmanxana bron etmək asandır. Ancaq bu, o demək deyil ki, biz digər şəhərlərdə belə oyunlar keçirməməliyik”, – A.Çeferin bildirib. 

Məqalə müəllifi hesab edir ki, bəziləri bu cür oyunların Avropanın müxtəlif ölkələrində futbol və idmana sevgini artırmaq məqsədilə keçirilməsini xatırlayaraq, təkəbbürlülükdən uzaq durmalı və yüksək sinifli komandaların arasında baş tutan qarşılaşmaları ziyarəti təkcə londonlu azarkeşlər üçün əlçatan olmamalıdır. 

“Oyun “Çelsi” klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ən gərgin anlar ikinci hissədə oldu. Fasilədən sonra komandalar meydana çıxanda tabloda “0:0” hesabı görünürdü. Növbəti 45 dəqiqədə isə idman uğuru “Arsenal”dan üz döndərdi. 

Yeri gəlmişkən, trofeydə qalibiyyət “Çelsi” klubuna rəhbərlik edən 60 yaşlı Mauritsio Sarrinin məşqçilik tarixində ilk olub. “Çelsi” klubu isə 2013-cü ildə Avropa Liqasının finalında qələbə qazanmışdı”, – məqalədə qeyd edilib.