Rejissor Emil Quliyevin filmi üçün yığılan pul mənimsənilib – İDDİA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rejissor Emil Quliyevə Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam”
filminin nümayişi üçün yığılan pul verilməyib.
Cixisyolu.com xəbər verir ki, bununla bağlı rejissor Emil Quliyev özü paylaşım edib.
“Təxminən bir il bundan öncə Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam”
filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı.
Pulumu almağa getdim. Dedilər ki, “sənin puluna kinoteatrın işıq pulunu
ödəmişik”. Onların yerinə mən utandım, inanın Allaha. Hələ də pulumu ala
bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa, da
kinoteatrımız işıqlı olsun”, – deyə E.Quliyev qeyd edib.
Cixisyolu.com-ın əməkdaşı rejissor Emil Quliyevlə əlaqə saxlayıb.
“Baş verənlər haqqında yazmışam. Daha nəyin doğru olub-olmadığını
təsdiqləməliyəm ki? Bu barədə paylaşım etmişəm”, – deyə rejissor bir daha
vurğulayıb.
Nəzrin Vahid