58cfbb80-faf5-41aa-a79a-541fc0795618..jpg

“Rembo”nun qızlarından qəribə və gülməli açıqlama: “Atamızın adını eşidən sevgilimiz…” – FOTO

Baxış sayı: 524 dəfə baxılıb.

“Rembo”nun qızlarından qəribə və gülməli açıqlama: “Atamızın adını eşidən
sevgilimiz…” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Silvester Stallonenin qızları ataları ilə münasibətlərindən
danışıblar. Onların sözlərinə görə, atalarının həddindən artıq sevgisi Sofiya,
Sikstina və Skarlett bacılarının gənclərlə ünsiyyət məsələlərində əməlli-başlı
problem yaradır.

Qızlar bildiriblər ki, Stallone ümumiyyətlə, onları sərt qaydalarla böyüdüb,
18 yaşına qədər onların tərbiyəsi ilə ciddi məşğul olub. Belə ki, qızlara
oğlanlarla görüşmək qadağan idi. Axşam saat 10-da isə “komendant saatı”
başlayırdı.

“Atam qəsdən yatmırdı. Valideynlərimizin vanna otağında işıq saat 10:05-də
yanırdısa, biz isə hələ yerimizə girməmişdiksə, böyük problemlərimiz olduğunu
anlayırdıq”, – deyə Sikstina zarafatla deyib.

Qızların sözlərinə görə, atası onların sevgililərini o qədər qorxudurdu ki,
görüş zamanı bəzən hətta dosyelərini gətirirdilər.

“Bir oğlan var idi, mənimlə görüşə dosyesini gətirmişdi. Biri isə içində
fotoşəkillərini və ətraflı tərcümeyi-halını daxil etdiyi CV hazırlamışdı”, –
deyə Sikstina əlavə edib.

Aktyorun qızları atalarının populyarlığının şəxsi həyatlarına mənfi təsir edə
biləcəyindən narahatlıqlarını bildiriblər. Onların sözlərinə görə, bəzi gənclər
yalnız Stallonenin özü ilə daha yaxından tanış olmaq üçün görüşə gəlirdilər,
bəziləri isə adını eşidən kimi qaçırdılar.

Mənbə: Championat.com

Source link