Niderlandda son yarım əsr ərzində ilk dəfə olaraq məşhur holland rəssamı Rembrandtın fırçasından çıxmış naməlum rəsm əsəri aşkarlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “NRC Handelsblad” qəzeti məlumat yayıb.
Ekspertlər, “Bir gəncin portreti” adlandırılan bu rəsmin 1634-cü ildə çəkildiyini ehtimal edir.
Nəşrin məlumatına əsasən, həmin rəsmi incəsənət tarixçisi Yan Siks təxminən iki il əvvəl “Kristiz” hərrac evindən 137 min funta alıb.
Hərrac zamanı rəsm Rembrandtın şagirdlərindən birinin əsəri kimi təqdim olunub.
Habelə bir müddət əvvəl 15 ekspert portretin Rembrandtın yaradıcılıq məhsulu olduğunu təsdiqləyib.
Rəsmin yaxın zamanda qat-qat baha qiymətə çəkic altına gələcəyi gözlənilir.