Millimizin futbolçusu Renat Dadaşov formasını qorumaq üçün özünə yeni klub tapıb.
ÇıxışYolu.Com xəbər verir ki, 18 yaşlı hücumçu qardaşı, millimizin sabiq futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi Almaniya Regional Liqasında mübarizə aparan Berlin “Dinamo”sunda məşqlərə başlayıb.
Qeyd edək ki, Renat Dadaşov Frankfurt “Ayntraxt”ının U-19-da komanda yoldaşına zərbə vurduğu üçün klubun məşqlərindən uzaqlaşdırılıb. Ona yaya kimi özünə klub tapmağa icazə verilib.
S.T.
www.ÇıxışYolu.Com