106b438d-ebb3-437e-9f97-7a82266db284.jpg

Reper Diddinin anası “hücuma məruz qaldı”

Baxış sayı: 219 dəfə baxılıb.

ABŞ-də reper və prodüser Diddinin (əsl adı Şon Kombs) anası Cenis Kombsa qarşı
oğlunun məhkəməsinin keçirildiyi məhkəmə zalının qarşısında təhqirlər
səsləndirilib.

Bu barədə Cixisyolu.com “Daily Mail”ə istinadən xəbər verir.

84 yaşlı qadın avtomobildən düşərkən camaatın qəzəbli qışqırıqlarına tuş gəlib
və başını aşağı salaraq, üzünü iri eynəklərin arxasında gizlədərək məhkəmə
binasına doğru gedib.

“Cenis, sizin oğlunuz canavardır. Oğlunuz – canavardır! O həbs olunmağa
layiqdir”, – deyə camaat onun arxasınca qışqırıb.

Reperin qızları, 17 yaşlı Cessi Ceyms və Delayla Star məhkəmənin başlanmasına
bir neçə dəqiqə qalmış zala daxil olublar. Onlar proseslə bağlı hər hansı şərh
verməkdən imtina ediblər.

Kombs məhkəmə iclasına həbsxana geyimində gəlib. O, vəkillərə gülümsəyərək
onları qucaqlayıb.

Reperin pasportunu səlahiyyətli orqanlara təhvil verməsinə, şəxsi təyyarəsini
satmasına və bu məqsədlə evini 48 milyon dollara girov qoymasına baxmayaraq,
məhkəmə iclasında onun girov qarşılığında azadlığa buraxılmasına icazə
verilməyib. İclasda həmçinin qərara alınıb ki, Diddinin məhkəməsi Nyu-Yorkda
mayın 5-də başlayacaq.

Sentyabrın 17-də məlum olub ki, münsiflər heyəti ona qarşı zorakılıq və insan
alveri ittihamı irəli sürdükdən sonra Kombs Nyu-York məhkəməsində həbs edilib.

Reper Diddi üç ittiham maddəsi – reketçilik məqsədilə əlbir olma, cinsi
istismar məqsədilə insan alveri və fahişəlik üçün insanların daşınması üzrə
təqsirli bilinərsə, ömürlük həbs cəzasına və minimum 15 il həbs cəzasına məhkum
ediləcək.

Reper Diddinin anası “hücuma məruz qaldı”
Reper Diddinin anası “hücuma məruz qaldı”

Source link