15228bd4-732e-43c9-b0cc-77e5a771b9fb.jpg

Reper Diddinin insan alveri işi üzrə məhkəmə prosesinin vaxtı təyin edilib

Baxış sayı: 213 dəfə baxılıb.

P.Diddi kimi tanınan reper və prodüser Şon Kombs 5 may 2025-ci ildə insan
alveri ilə bağlı mühakimə olunacaq.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Prokuror Emili Conson, işə baxılmasının ən azı üç həftə, Kombsun vəkili Mark
Aqnifilo isə təxminən bir həftə çəkəcəyini bildirib.

Xatırladaq ki, oktyabrın 7-də amerikalı reper P.Diddinin anası oğlunun cinayət
məsuliyyətinə cəlb olunması ilə bağlı ictimaiyyətə müraciət edib. 84 yaşlı
Cenis Smell Kombsun sözlərinə görə, oğlu saxta ittihamlara və ictimai linçə
məruz qalıb.

Sentyabrın 17-də məlum olub ki, musiqiçi məhkəmənin qərarı ilə Nyu-Yorkda həbs
edilib. Keçmiş sevgilisinin 2023-cü ildə onu insan alverində və illərlə
zorakılıqda ittiham etdiyindən sonra reperin nəzarət altında olduğu bildirilir.
Həmin gün hüquq-mühafizə orqanları reperi insan alveri və fahişəliyin
təşkilində ittiham edib.

Source link