Reper kralı təhqir etdi, İspaniyadan qaçdı

Reper kralı təhqir etdi, İspaniyadan qaçdı

Baxış sayı: 3. 019 dəfə baxılıb.

“Valtonyc” səhnə adı ilə məşhurlaşan ispaniyalı reper Xosep Mikel Arenas öz yaradıcılığında terrorçuluğu təbliğ etməkdə, kral ailəsi və tanınmış siyasətçilərə təhdidlər yağdırmaqda təqsirli bilinib.

ÇıxışYolu.Com “RenTV”yə istinadən xəbər verir ki, üç il müddətinə azadlıqdan məhrum edilən reper İspaniyadan qaçıb.

İspaniya mətbuatı onun Belçikaya pənah apardığını iddia edir. Belə ki, İspaniyada mühakimə olunan başqa üç katalon (siyasətçi) hazırda bu Avropa ölkəsində mühacir həyatı yaşayır.

Belçika məhkəməsi Madridin həmin siyasətçilərin İspaniyaya ekstradisiyası ilə bağlı müraciətini təmin etməyib.

.
www.ÇıxışYolu.Com