Repressiya qurbanının nəticələrinin narahatlığı: Tarixi evin son halı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bərdə rayonunda yerləşən “Lənbəran bəy evi” məhv olmaq təhlükəsi ilə üz-üzədir.
İki əsrə yaxın yaşı olan tarixi tikili sovet dövründə bir müddət xəstəxana,
daha sonra isə uşaq bağçası kimi istifadə olunub.
40 ildən çoxdur istifadəsiz qalan tarixi abidə hazırda baxımsız vəziyyətdədir.
“Bu bizim babamızın atasının evidir. O, repressiya qurbanı olub. Var-dövlətini
yığıb aparıblar, özünü də 21 yaşında güllələyiblər. Bu mülkü əmimiz sonradan
məhkəmə yolu ilə qaytarıb, hazırda sənədləri ondadır. Atam burada yaşayıb,
hamımız bu evdə doğulmuşuq. İstəyimiz odur ki, bu mülk dağılmasın, itməsin”, –
deyə Əhməd bəyin nəticələri söyləyiblər.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: