Respublika Narkoloji Mərkəzinin yeni binasının yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulub.
Bu barədə ÇıxışYolu.Com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Sabunçu rayonunda yerləşəcək 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq müəssisə müayinə və müalicə işini ən yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 24 nəfər ölüb.