ddcf307e-23ee-4469-a2e1-ee43e5c135b8..jpg

Respublika stadionundan yıxılan fəhlə xəstəxanada dünyasını dəyişdi

Baxış sayı: 462 dəfə baxılıb.

Respublika stadionundan yıxılan fəhlə xəstəxanada dünyasını dəyişdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tofiq Bəhramov adına Respublika stadionunun tavanının çökməsindən sonra təmir
zamanı yıxılan fəhlə ölüb.

“Qafqazinfo” xəbər verir ki, stadionun tavanından yıxılan fəhlə, 1968-ci il
təvəllüdlü, Sumqayıt şəhər sakini Sulduz Şükürov xəstəxanada vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Stadionun direktoru Tələt Məmmədov açıqlamasında tavanın çökməsi ilə bağlı
məlumatı təsdiqləyib. Arena rəhbəri fəhlənin xəsarət alması ilə bağlı isə
məlumatsız olduğunu bildirib:

“Bərpa işlərini podratçı şirkət apardığı üçün fəhlənin xəsarət alması ilə
bağlı məlumatsızam. Arenanın tavanının çökməsi isə doğrudur. Lakin onlar tam
bərpa edilmədi. Həmin hissələr kəsilib götürüldü. Sabah oyun olacağı üçün bu
cür addım atıldı. “Qarabağ”ın Avropa Liqasında “Hakken”ə qarşı keçirəcəyi oyun
bitdikdən sonra orada təmir-bərpa işləri davam etdiriləcək”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Cixisyolu.com-ın sorğusuna cavab olaraq
isə bildirilib ki, sözügedən hadisə ilə bağlı Respublika Təcili və
Təxirəsalınmaz Yardım Mərkəzinə çağırış daxil olmayıb.

Source link