e98d3c9c-3e59-4537-9943-6dfc0fc3e0fc..jpg

“Reuters”in əməkdaşı Livanda atışma zamanı həlak oldu – VİDEO

Baxış sayı: 481 dəfə baxılıb.

“Reuters”in əməkdaşı Livanda atışma zamanı həlak oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur “Reuters” xəbər agentliyinin videooperatoru İssam Abdalla Livanın
cənubunda atışma nəticəsində həlak olub.

Bu barədə agentliyin verdiyi bəyanatda bildirilib.

“Videooperatorumuz İssam Abdallanın öldüyünü öyrənmək bizi çox kədərləndirdi.
Biz təcili olaraq əlavə məlumat əldə etməyə çalışırıq, regional hakimiyyət
orqanları ilə işləyirik və İssamın ailəsini, həmkarlarını dəstəyimizi ifadə
edirik”, – deyə bəyanatda qeyd edilib.

Bildirilib ki, İssam Abdalla Livanın cənubunda canlı videoyayımı həyata
keçirən “Reuters”in çəkiliş qrupunun tərkibində olub.

“Əl-Cəzirə” telekanalı xəbər yayıb ki, Livanın cənubunda İsrail tərəfindən
açılan atəş nəticəsində azı bir jurnalist həlak olub, üçü isə yaralanıb.

Telekanalın məlumatına görə, “Əl-Cəzirə”, “Reuters” və AFP-nin jurnalistləri
tank atəşinə məruz qalıblar. Yaralılar arasında “Əl-Cəzirə”nin müxbiri Karmen
Cuhadar və operatoru Eli Brakya da var.

Mənbə: Meduza


Source link