Azərbaycanlı ixtiraçı Reyhan Camalovanın adı “Forbes” nəşrinin “Asiya üzrə 30 ən yaxşı gənc araşdırmaçı” siyahısına daxil edilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə nəşrin saytında məlumat verilir.
Qeyd edək ki, Reyhan Camalovanın ixtirası Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində təmsil olunub.
Gənc ixtiraçı yağış suyundan enerji istehsal edən “Reynerci” (Rainergy) qurğusunu yaradıb.
O, həmçinin bu ilin yanvar ayında “ASAN xidmət”in İdeya müvəkkili vəzifəsinə təyin olunub.