Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

Baxış sayı: 4. 671 dəfə baxılıb.

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya elektron ərizə qəbulunun vaxtını uzadıb. 

Bu barədə DİM-in rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, indiyədək 853 namizəd (Azərbaycan bölməsi – 739; rus bölməsi – 114) elektron ərizəsini təsdiq edib. 41 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 28 fevral saat 23.59-dək ərizələrini təsdiq edə bilərlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizəsini təsdiq etməyən namizədlər imtahana buraxılmır.