b7efc975-dd17-447b-8be1-f19ca58d1d68..jpg

Reziuan Mirzovun meneceri: “Ən böyük marağı “Neftçi” göstərdi”

Baxış sayı: 494 dəfə baxılıb.

Reziuan Mirzovun meneceri: “Ən böyük marağı “Neftçi” göstərdi”

“Reziuana ən böyük marağı “Neftçi” göstərdi”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Reziuan Mirzovun
meneceri Aleksandr Klyuyev müştərisinin Azərbaycan klubuna keçidinə münasibət
bildirərkən deyib.

O, rusiyalı yarımmüdafiəçinin “Neftçi”yə keçməsinin səbəblərini izah edib:
“Neftçi” ənənələri olan yaxşı klubdur. Üstəlik, çempionluq, avrokuboklarlar
uğrunda mübarizə aparırlar. Komandanın yaxşı infrastrukturu və futbol oynamaq
üçün şəraiti var”.

Qeyd edək ki, son klubu Rusiya “Ximki”si olan Reziuan Mirzov “Neftçi” ilə
birillik müqavilə bağlayıb.

Source link