Rihanna gecəyə 117 min dollar dəyərində boyunbağı taxıb gəlib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Barbadoslu müğənni Rihanna 117 min dollar dəyərində dəbdəbəli zinət əşyaları
taxaraq ictimaiyyət qarşısına çıxıb.
Məlumata görə, 35 yaşlı müğənni Los-Ancelesdə idman markalarından birinin yeni
kolleksiyasının təqdimatına həsr olunmuş gecəyə qatılıb. Tədbir üçün məşhur
“Chanel” lüks brendindən xəzlə işlənmiş bənövşəyi dəri gödəkçə, həmçinin enli
cins şalvar və krujevalı ağ köynək seçib.
O, həmçinin üç premium “Bulgari” boyunbağı ilə görünüşünü tamamlayıb. Qeyd
olunur ki, mirvari, sapfir, turmalin və 18 karatlıq qızılla bəzədilmiş birinci
zinət əşyasının qiyməti 55,8 min dollardır. Yarımqiymətli daşlardan ibarət
ikinci zinət əşyasını 32,4 min dollar, üçüncü boyunbağının qiyməti 28,8 min
dollar müəyyən edilib.
Mənbə: Lenta.ru