54833a86-08a5-4b12-a6ae-066db3c0a6af.webp

Rihanna: “Mən səs verə bilmirəm, siz verin”

Baxış sayı: 204 dəfə baxılıb.

ABŞ-də qızğın seçki keçirilir və hətta səsvermə hüququ olmayanlar da öz
mövqelərini bildirmək fürsətini əldən vermirlər. Məşhur müğənni Rihanna ABŞ
vətəndaşlığının olmamasına baxmayaraq, bu məsələyə yumorla yanaşıb.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı müğənni “Instagram” hesabında avtomobilin
pəncərəsindən düşüncəli baxışla baxdığı videonu paylaşıb.

“Oğlumun pasportu ilə seçkiyə girməyə çalışıram”, – Rihanna zarafatla yazıb.

Pərəstişkarları onun yumorunu yüksək qiymətləndirib və şərhlərdə onu
dəstəkləyiblər. Çoxları Rihannaya ikili vətəndaşlıq haqqında düşünməyi təklif
edib ki, gələcəkdə o, şəxsən seçkidə iştirak edə bilsin.

Qeyd edək ki, Rihanna Barbadosdandır və şəxsən seçkidə iştirak edə bilməsə də,
amerikalıları fəal şəkildə səs verməyə təşviq edir.

Source link