Dünyaca məşhur müğənni Rihanna “Vogue” dərgisinin iyun buraxılışı üçün kameralar qarşısına keçib.
ÇıxışYolu.Com xəbər verir ki, türkiyəli fotoqraf Mert Alaşın obyektivi qarşısına keçən müğənni açıqlamaları ilə diqqət çəkib.
O, son zamanlar kökəlməsi ilə bağlı gələn iradlara da cavab verib:
“Artıq 20 yaşında qız deyiləm. “Victoria Secret” modeli kimi görünməyə də cəhd etmirəm. Bədənimin hər bir forması ilə xoşbəxtəm”.
Musiqiyə fasilə verdiyini deyən Riri bunu sevgilisi, Səudiyyə Ərəbistanından olan milyarder Həsən Cəmilə görə etdiyini vurğulayıb:
“Cəmil ilə gözəl münasibətimiz var. Onunla daha çox vaxt keçirmək üçün musiqidən uzaqlaşmışam”.
İfaçı 30 yaşı tamam olandan sonra ana olmaqla bağlı daha çox düşündüyünü və yumurtalıqlarını dondurmağı hədəflədiyini söyləyib.
Qeyd edək ki, dərgiyə bir-birindən iddialı pozlar verən Rihanna çəkilişlərdə “Dolce & Gabbana”, “Stella McCartney”, “Chanel” və “Michael Kors Collection” brendlərinin geyim və aksessuarlarından istifadə edib.