b064d305-7268-414e-b32d-79cc7b2b58cd..jpg

Rihanna tarixin ən dəbdəbəli toyundan nə qədər qonorar alıb? – FOTO/VİDEO

Baxış sayı: 1. 096 dəfə baxılıb.

Rihanna tarixin ən dəbdəbəli toyundan nə qədər qonorar alıb? – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft” qurucusu Bill Qeyts, “Facebook”un yaradıcısı Mark Zukerberq,
ABŞ-nin keçmiş birinci xanımı Hillari Klinton və başqa nüfuzlu insanların
iştirak etdiyitoy mərasimində Rihanna 5 milyon
funt sterlinq (6,3 milyon dollar) qonorar alıb.

Məlumata görə, səkkiz ilə yaxındır ki, konsert verməyən populyar ifaçı 90
dəqiqə səhnədə olub və aralarında “Work”, “All Of The Lights”, “Diamonds” da
olmaqla 19 ən yaxşı mahnısını ifa edib.

Xatırladaq ki, martın 1-3-nə kimi Asiyanın ən varlı adamlarından biri olan
Mukeş Ambani oğlu üçün toy mərasimi keçirib. Tədbirdə dünyanın ən zəngin və
məşhur adamları olub. Sərvəti 117 milyard dollar qiymətləndirilən Mukeş Ambani
oğlu Anant Ambaninin xeyir işinə 150 milyon dollardan çox pul xərcləyib.
Bununla belə, əsl toyun hələ qarşıda olduğu – bu yay baş tutacağı bildirilir.

Mənbə: Show.24tv.ua


Source link