Dünyaca məşhur ifaçı Rihanna BBC-də yayımlanan “The Graham Norton Show”nun qonağı olub.
ÇıxışYolu.Com xəbər verir ki, proqram zamanı müğənninin maraqlı görüntüləri üzə çıxıb.
Belə ki, aparıcı Qraham Norton Rihannanın illərdir getdiyi gecə klubları, restoran və hotellərdən çıxarkən çəkilən görüntülərini sərgiləyib.
Bu fotolarda sənətçinin müxtəlif vaxtlarda əlində bir qədəh şərabla məkandan çıxdığı görünür. Hətta bəzi şəkillərdə onun daha da irəli gedərək şərab şüşəsi ilə avtomobilinə yaxınlaşması da gözlərdən qaçmayıb.
Rihannanın bu qəribə vərdişi izləyənləri gülüşə qərq edib. Aparıcının “O qədəhlərin pulunu ödəyirsən” sualına isə müğənni zarafatla cavab verib:
“Bu qədəhləri həmin məkana özüm aparmışam, çıxanda isə geri qaytarırdım”.