4b70e35a-cb37-4609-86ad-97bd7304ab9e..jpg

Rima İbrahimova: “Məcburi köçkün adı ilə vidalaşıb doğma yurduma qayıdıram”

Baxış sayı: 491 dəfə baxılıb.

Rima İbrahimova: “Məcburi köçkün adı ilə vidalaşıb doğma yurduma qayıdıram”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artıq yataqxana həyatı ilə, məcburi köçkün adı ilə vidalaşıb doğma yurduma,
evimə qayıdıram”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş
məcburi köçkünRima İbrahimova deyib.

“Biz Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “101 yataqxanası”nda
məskunlaşmışdıq. Bu gün hamı kimi biz də sevinirik. Artıq ağrılı-acılı
günlərimiz, yataqxana həyatımız, məcburi köçkün adımız keçmişdə qaldı. Bu gün
öz yurdumuza qayıdırıq. Ali Baş Komandanımıza, Ordumuza öz təşəkkürümüzü
bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bugünkü köç də daxil olmaqla ümumilikdə 333 ailənin (1 186)
nəfərin Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link