Birləşmiş Ştatların qarışıq döyüş növləri üzrə idman ustası (MMA) Jerom Rivera “Legacy Fighting Alliance 39” turnirində həmvətəni Brendon Royvalla keçirdiyi döyüşdə ağır xəsarət alıb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisənin görüntüsü “Twitter”də yayılıb.
Royval onu rinqin dəmir çəpərinə dirədikdən sonra Riveranın sağ qolu yerindən çıxıb. Bundan xəbər tutan idmançı əlverişsiz mövqedə olub və xəsarətinin daha da kəskinləşməməsi üçün rəqibindən qaçmağa məcbur olub.
İdmançının daha bir neçə zərbə almasından sonra hakim döyüşü dayandırıb. Royval tenxniki nokautla birinci raundun 40-cı saniyəsində qalib olub.
Well this just happened at #LFA39… 😱😳 @LFAfighting @brandonroyval pic.twitter.com/7QgERTvczT
— AXS TV Fights (@AXSTVFights) 5 May 2018