Robert Brito: “Venesuela gender bərabərliyi uğrunda mübarizəni davam etdirəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Venesuela bütün məqsədlərinə çatana qədər gender bərabərliyi uğrunda
mübarizəni davam etdirəcək”.
“Report” xəbər verir ki, bunu Venesuelanın BMT yanında daimi nümayəndəliyinin
müşaviri Robert Aleksandr Poveda Brito noyabrın 20-də Qoşulmama Hərəkatının
ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf
etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı
zamanı deyib.
Onun sözlərinə görə, qadınların hüquqlarının müdafiəsi bu gün ən aktual
məsələlərdən biridir:
Diplomat vurğulayıb ki, bunu təmin etmək üçün qanunu pozanlara qarşı
sanksiyalar, inzibati və cinayət cəzaları da daxil olmaqla, bütün mövcud təzyiq
vasitələrindən istifadə etmək lazımdır.