d4f811f7-15ae-4132-a5b6-f3af27718873.jpg

Robert Dauni “Dəmir adam” filmindəki sevgilisi ilə görüntüləndi

Baxış sayı: 91 dəfə baxılıb.

Hollivud aktyoru Robert Dauni görünüşünə görə tənqid edilib.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı fotolar və şərhlər “Daily Mail”də dərc
olunub.

59 yaşlı Robert Dauni “Dəmir adam” filmində onun sevgilisini canlandıran
aktrisa Qvinet Peltrou ilə fotosessiyaya çəkilib. Məşhurlar qara libaslarda poz
veriblər.

Oxucular aktyorun xarici görünüşünü müzakirə etməyə başlayıblar. Bəzilərinə
görə, kino ulduzu dramatik şəkildə qocalıb.

“O, xəstə görünür…”, “Dəhşətli görünür! Çox arıq və olduğundan çox yaşlı
görünür”, “Ümid edirəm ki, yaxşıdır, amma sağlam görünmür”, “Robertə nə olub?”,
“Robertə pərəstiş edirəm, amma o, çox səliqəsiz görünür”, – internet
istifadəçiləri şərhlərdə yazıblar.

Source link