03b00615-6153-47d0-bc44-74df66c59476..jpg

Robert De Niro keçmiş köməkçisinə 1,2 milyon dollar ödəməli olacaq

Baxış sayı: 553 dəfə baxılıb.

Robert De Niro keçmiş köməkçisinə 1,2 milyon dollar ödəməli olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Robert De Nironun “Canal Productions” şirkəti aktyorun keçmiş köməkçisi Qrehem
Çeyz Robinsona 1,2 milyon ABŞ dolları (2,04 milyon manat) təzminat ödəməyə
məcbur edilib.

Qadın 2008-ci ildə De Nironun şirkətinə işə düzəlib. O, şəxsi köməkçidən
şirkətinin istehsal və maliyyə üzrə vitse-prezidenti vəzifəsinə qədər yüksəlib.
2019-cu ildə Robinson “Canal Productions”dan təqaüdə çıxıb. Bundan dərhal sonra
şirkət keçmiş işçini vəzifə borcunu yerinə yetirməməkdə ittiham edərək
məhkəməyə verib.

Buna cavab olaraq Robinson əks-iddia qaldırıb. Qadının dediyinə görə, De Niro
onun haqqında seksist ifadələr işlədib və eyni zamanda vəzifəsində etməməli
olduğu işləri də ona tapşırıb. Bundan əlavə, o, maaşının oxşar vəzifələrdə
çalışan kişi işçilərindən xeyli az olmasından şikayətlənib.

Məhkəmə aktyoru şəxsən günahkar saymasa da, onun şirkətindən Robinsona
təzminat ödəməyi tələb ediblər. Qadın əvvəlcə “Canal Productions”dan 12 milyon
dollar tələb etsə də, məhkəmə bu məbləği 10 dəfə azaldıb.

Mənbə: Associated Press

Source link