Roberto Bordin: Samir Abbasovla birgə aranı sakitləşdirməyə çalışdıq

Baxış sayı: 2. 832 dəfə baxılıb.

Roberto Bordin: Samir Abbasovla birgə aranı sakitləşdirməyə çalışdıq

“Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında XXIII turun “Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. 

Neftçi”nin rəsmi saytında yer alan məlumata görə, italiyalı mütəxəssis komandanın layiqli qələbə qazandığını bildirib:

“Çox emosional oyun keçdi. Biz 2:0 hesabı ilə irəlidə olandan sonra hər iki komanda tərəfindən açıq oyun getdi. Sonadək mübarizə apardıq, xarakter göstərdik və layiqli qələbə qazandıq. Daha çox qol vura bilərdik”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: 

“Azarkeşlər tərəfindən mənə qarşı jest normal idi. Çünki bütün “Neftçi” camiəsi bizdən qələbə gözləyirdi, ilk qol isə gecikirdi. Yəni heç bir şəxsi qərəzlik yoxdur. Sansonenin yüngül ağrıları var idi, Mirabdulla isə məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. Buna görə də ona şans verdim. Oyunu yaxşı alındı, tapşırıqlarımı yerinə yetirdi. Sadəcə, qol çatmırdı. Qol vursaydı, özünə inamı daha da artardı. Mirabdulla zədəli deyildi, sadəcə, yorulmuşdu, Ömər Buludovun isə zədəsi yüngüldür.

Oyundan sonra baş verən hadisələr futbolun bir hissəsidir. Bunu normal qarşılayıram. Gördüm ki, futbolçular arasında münaqişə var, həmkarımla birgə meydana girərək aranı sakitləşdirməyə çalışdıq. Samir Abbasovla əvvəllər aramızda yaşanmış mübahisəyə gəlincə, əvvəl olan bu cür hadisələri unuduram. Bir də görürsən ki, beş il əvvəl kiminləsə mübahisəm olur, amma yaddan çıxarıram”.