df0ce8b6-0d72-4ff4-9cb0-78a467aae4ee..jpg

“Roberto Cavalli”dən üzük, “Nino” saatı, “Luis Vuitton” qolbağı: Gözətçi iş adamının evini soydu

Baxış sayı: 778 dəfə baxılıb.

“Roberto Cavalli”dən üzük, “Nino” saatı, “Luis Vuitton” qolbağı: Gözətçi iş
adamının evini soydu

Abşeron rayonu, Fatmayı kəndi, Aşıq Humay küçəsində villaların birindən 20 min
manatdan çox dəyəri olan qızıl-zinət əşyaları oğurlanıb.

Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Cavid adlı Ağsu rayon
sakini gözətçi işlədiyi Vasif adlı iş adamının villasından oğurluq edib.
Cinayətin üstü iş adamının həyat yoldaşı Səbinənin Türkiyədə müalicə alıb
Bakıya qayıtmasından sonra açılıb.

Belə ki, Səbinə Türkiyəyə müalicəyə gedib. Vasif havalar soyuq olduğu üçün
qaynı ilə birlikdə şəhərdəki evində yaşayıb. Cavid evdən qızıl-zinət əşyalarını
oğurlayıb satmaqla borclarını ödəmək qərarına gəlib.

O, evin ikinci mərtəbəsində yerləşən dolabdan brilyant qaşları olan 2000 manat
dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, üzərində
brilyant qaşları olan 1500 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt
sırğadan ibarət dəst, 4000 manat dəyərində bir ədəd qızıl üzük, bir ədəd
qolbaq, bir cüt sırğa, bir ədəd klondan ibarət dəst, 2000 manat dəyərində bir
ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, bir ədəd 1500 manat dəyərində
üzərində brilyant qaşları olan “Nino” markalı qadın qızıl saatı, bir ədəd 1500
manat dəyərində üzərində 3 ədəd böyük və çoxsaylı səpmə brilyant qaşları olan
qızıl qadın üzüyü, bir ədəd 1000 manat dəyərində üzərində brilyant qaşları olan
qızıl kişi üzüyü, bir ədəd 1500 manat dəyərində qızıl qolbaq, bir ədəd 100
manat dəyərində ürək şəklində qızıl klon, 600 manat dəyərində kəpənək şəklində
bir cüt qızıl sırğa və bir ədəd klondan ibarət dəst, bir ədəd 500 manat
dəyərində çanta şəklində qızıl klon, 200 manat dəyərində üzərində brilyant
qaşları olan uşaq üçün bir cüt qızıl sırğa, 400 manat dəyərində “Roberto
Cavalli” markalı uşaq üçün bir ədəd qızıl üzük və bir ədəd klondan ibarət dəst,
400 manat dəyərində manat dəyərində iki ədəd qızıl qolbaq, 300 manat dəyərində
uşaq üçün bir ədəd şəklində qızıl üzük, 1000 manat dəyərində qara rəngli
kəpənək şəklində bir ədəd qızıl sırğadan ibarət dəst, bir ədəd 200 manat
dəyərində üzərində açar klon olan qızıl boyunbağı, 300 manat dəyərində üzərində
qadın şəkli olan qızıl klon, 400 manat dəyərində “Luis Vuitton” markalı bir
ədəd qızıl qolbaq və bir cüt sırğadan ibarət dəst qızılları oğurlayıb.

Həmin şəxs ev sahibinə ümumilikdə 20 min manatdan çox ziyan vurub.

Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş
cinayətin törədilməsində təqsirli bilinən Cavidə 2 il 6 ay müddətə azadlıqdan
məhrumetmə cəzası kəsilib.

Source link