Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi italiyalı mütəxəssis Roberto
Mançininin istefa qərarı bu gün rəsmən açıqlanacaq.
Cixisyolu.com xəbər verir ki, cəmi bir il ərəbləri çalışdıran baş məşqçi ilə anlaşma
birtərəfli qaydada pozulduğu üçün ona 25-30 milyon avroluq təzminat ödənəcək.
Səudiyyə Ərəbistanı yığması Mançininin rəhbərliyi altında son beş matçda
yalnız bir qələbə qazanıb. Üstəlik, Bəhreynlə son oyunda (0:0) Mançini öz
komandasının azarkeşlərinə – “lənətə gələsiniz”, – deyə qışqırıb ki, bu da
tərəfdarların kəskin etirazına səbəb olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı federasiyasının prezidenti də nəticələrin
qəbuledilməz olduğunu bildirib.