ab6c9cde-d839-458d-9ed0-a67f8e149c56..jpg

Rok klassikasına çevrilən “Money”nin müəllifi vəfat etdi – FOTO/VİDEO

Baxış sayı: 819 dəfə baxılıb.

Rok klassikasına çevrilən “Money”nin müəllifi vəfat etdi – FOTO/VİDEO

Amerikalı əfsanəvi müğənni, bəstəkar Barrett Stronq 81 yaşında vəfat edib.

Bu barədə “Motown Records” səsyazma şirkətinin muzeyi özünün “Twitter”
hesabında xəbər verib.

“Motown Records”un ilk hit müğənnisi, əfsanəvi müğənni-bəstəkar Barrett
Stronqun vəfatını dərin kədər hissi ilə bildiririk”, – deyə məlumatda deyilib.

Qeyd edək ki, Stronq yaradıcılıq karyerasına 1959-cu ildə Berri Qordinin
“Tamla Records” leyblində (indiki “Motown Records”) başlayıb. Həmin ilin
sonunda o sonradan rok klassikasına çevrilən “Money”ni (“That’s What I Want”)
yazıb. ABŞ-də böyük hitə çevrilən bu mahnı “The Beatles” və “The Rolling
Stones” kimi qruplar tərəfindən də ifa edilib.

2011-ci ildə “Rolling Stone” jurnalı mahnını bütün zamanların ən yaxşı 500
mahnısı siyahısında 294-cü sırada yerləşdirib.

Bundan əlavə, Stronq bəstəkar kimi də tanınıb. O, 1961-ci ildə Eddi Hollandın
“Jamie” hitini yazıb, 1966-1973-cü illərdə Norman Uitfildlə mahnılar bəstələyib.

1973-cü ildə Barrett Stronq yenidən müğənnilik karyerasına qayıdıb.

Onun sonrakı nisbətən uğurlu mahnıları siyahısına “Stand Up and Cheer for the
Preacher” və “Is It True” daxildir.


Source link