Rokfellerin əşyaları rekord qiymətə satıldı – FOTO

Rokfellerin əşyaları rekord qiymətə satıldı – FOTO

Baxış sayı: 2. 490 dəfə baxılıb.

Amerikalı biznesmen Devid Rokfeller və həyat yoldaşı Peqqi Rokfellerin auksiona çıxarılan rəsm, heykəl, keramika, mebel və dekorativ əsərlərdən ibarət sənət kolleksiyası ilk gündə rekord satışa imza atıb.

ÇıxışYolu.Com xəbər verir ki, Nyu-Yorkdakı “Christies” Auksion Evi Pikasso, Monet və Matissin əl işi olan rəsm əsərlərinin 115; 84,6 və 80,7 milyon dollar olmaqla, cəminin 286,6 milyon dollara satıldığını açıqlayıb.

Auksionda bir nəfərin sahib olduğu ən dəyərli tablo kolleksiyası olaraq tarixə düşüb. Həmçinin, Matiss və Monetin əsərləri ən yüksək qiymətə satılaraq rekorda imza atıb.

İlk gecədə XIX və XX əsrlərin sənətinə həsr edilib və ümumilikdə bir gecədə 646 milyon dollarlıq satış olub.

.
www.ÇıxışYolu.Com