9d28d99b-e117-4b27-a273-c0b780910c4a..jpg

“Roma” iki cavabsız qolla qələbə qazandı – VİDEO

Baxış sayı: 454 dəfə baxılıb.

“Roma” iki cavabsız qolla qələbə qazandı – VİDEO

İtaliya A Seriyasında VII tur davam edir.

Cixisyolu.com xəbər verir ki, “Roma” öz meydanında “Frozinone” ilə qarşılaşıb.

Matç paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0.

Hesabı 22-ci dəqiqədə Paulo Dibalanın ötürməsindən sonra Romelu Lukaku açıb.
83-cü dəqiqədə Dibalanın ötürməsini bu dəfə Lorenso Pelleqrini qola çevirib.

Qələbə “Roma”nı 12-ci pilləyə yüksəldib. Komandanın səkkiz xalı var. Doqquz
xala sahib olan “Frozinone” 10-cudur. Digər qarşılaşmada “Yuventus” səfərdə
“Atalanta” ilə heç-heçə edib – 0:0.


Source link