Roma papası Fransisk jurnalist-ateist Eucenio Skalfari ilə müsahibəsində bildirib ki, cəhənəm mövcud deyil.
Bu barədə ÇıxışYolu.Com “La Republica”ya istinadən xəbər verir.
Nəşriyyatın jurnalisti pontifikin sözlərini sitat gətirir:
“Tövbə edənlər Allahdan əfv alırlar. Tövbə etməyənlər isə (günahları) bağışlanmırlar və sadəcə, yoxa çıxırlar. Cəhənnəm mövcud deyil, yalnız günahkar ruhların qeyb olması mövcuddur”
Bu materialın dərc edilməsindən sonra Vatikan açıqlama verərək bildirb ki, Roma Papası müsahibə üçün icazə verməyib və əslində, bu pontifikin sitatı deyil, sadəcə, jurnalistin “yenidən qurulmuş” mülahizəsidir.
Cəhənnəmin mövcudluğunu inkar etmək katolik ehkamına ziddir. Cəhənnəm “Əhdi-Cədid”də günahkarların əzab çəkəcəkləri axirət yeridir.
Yanvarın sonunda Roma Papası bəyan edib ki, yalan xəbərlər bəşəriyyətin valideynləri sayılan Adəm və Həvvanı ilk günaha gətirib-çıxarıb. Pontifikin fikrincə, yalan xəbər manipulyasiya məqsədilə yaradılır və nifrətin meydana gəlməsinə səbəb olur.
Fransisk hesab edir ki, buna görə zərərsiz dezinformasiya olmur və “həqiqətin ən kiçik təhrifi belə, ən təhlükəli nəticələrə gətirib çıxarar”.
Roma Papası bənzər xəbərlərin yaradıcılarını yoldan çıxaran ilana bənzədərək əlavə edib ki, o, Həvvanı həqiqətə o qədər də uyğun olmayan məulmatla inandıraraq, xeyir və şəri dərk edən ağacın meyvəsini yemək üçün dilə tutub.
Əli Məmmədov
www.ÇıxışYolu.Com