Roma Papası İsrail və Fələstinə çağırış etdi: “İki xalq, iki dövlət…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Roma Papası Fransisk dünyada “qaranlıq dövrün” gəldiyini bəyan edib.
O, münaqişələrin qızışmasına və qaranlıq zamanların gəlməsinə səbəb kimi hərbi
sənaye və silahlanmanı göstərib.
Pontifik hesab edir ki, dünya müharibə vəziyyətindədir və bunun günahkarı
gəlirli hərbi sənayedir.
Roma Papası, həmçinin İsrail və Fələstini dinc yanaşı yaşamağa çağırıb. Onun
fikrincə, bütün məsələlərin həllinə dialoq vasitəsilə nail olunmalıdır.
“Müharibə – məğlubiyyətdir. İki xalq bir yerdə yaşamalıdır”, – deyə o qeyd
edib.
Papanın sözlərinə görə, müdrik qərar verilməlidir və bu qərar “İki xalq, iki
dövlət”dir.
Mənbə: MK.ru