Roma Papasının cərrahına qarşı istintaq başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Roma prokurorluğu Roma Papası Fransiskini əməliyyat etdirən cərrah Serxio
Alfieri ilə bağlı istintaqa başlayıb.
Qeyd olunub ki, həkim qəsdən yalan məlumat verməkdə ittiham olunur.
İş materiallarına görə, Alfieri əməliyyat sənədlərinə imza atıb, baxmayaraq
ki, o, özü əməliyyat otağında olmayıb, xəstələri isə fərdi şəkildə qəbul edib.
Müstəntiqlər Romadakı Agostino Gemelli Xəstəxanasının (“Policlinico
Universitario Agostino Gemelli”) rəhbərliyinin bu təcrübədən xəbərdar
olub-olmadığını araşdırırlar.
Qeyd edək ki, Alfieri 2021 və 2023-cü illərdə Papanın üzərində iki qarın
əməliyyatı keçirib. Romada yerləşən “Agostino Gemelli” Xəstəxanası “Papanın”
hesab olunur və təkcə indiki pontifik deyil, həm də II İohann Pavel (1920-2005)
orada bir neçə dəfə müalicə olunub.
Mənbə: Gazeta.ru