Romada azərbaycanlılar erməni terroruna qarşı etiraz aksiyası keçiriblər –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanlılar İtaliyanın paytaxtı Roma şəhərinin mərkəzində, Piazza dei
Santi Apostolidə etiraz aksiyası keçiriblər.
İtaliya polisinin nəzarəti altında baş tutan aksiya Ermənistanın Azərbaycan
ərazilərində törətdiyi mina və ekoloji terror barədə ictimaiyyəti
məlumatlandırmaq məqsədi daşıyıb.
“30 il Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata
keçirilən ekoloji terror və mina çirklənməsi regionun ekosistemini, təbiətini
və resurslarını məhv edib. Bu günə qədər azərbaycanlı hərbçilər və dinc
sakinlər minaların qurbanı olublar. Lakin ermənilər nə mina xəritələrini
veriblər, nə də ekoloji terror ilə bağlı öhdəliklərini həyata keçiriblər”, –
aksiya təşkilatçılarının yaydığı məlumatda qeyd olunub.