c5463b19-e9e2-4e1e-afdb-d560a3861879..jpg

“Roma”nın futbolçuları Mourinyonu ad günü münasibətilə təbrik etdilər – FOTO/VİDEO

Baxış sayı: 794 dəfə baxılıb.

“Roma”nın futbolçuları Mourinyonu ad günü münasibətilə təbrik etdilər –
FOTO/VİDEO

İtaliya “Roma”sının futbolçuları baş məşqçi Joze Mourinyonu doğum günü
münasibəti ilə təbrik ediblər.

Ötən gün, yanvarın 26-da məşhur portuqaliyalı mütəxəssisin 60 yaşı tamam olub.

Futbolçular Mourinyonu komandanın soyunub-geyinmə otağında uzun sürən
alqışlarla qarşılayıb və ona tort təqdim ediblər. Doğum günü tortunda Mourinyo
“Roma” ilə qazandığı Konfrans Liqası kuboku ilə birgə təsvir olunub.

Portuqaliyalı komandanın təbrikinə zarafatla: “Bəsdir danışdıq, işə başlayaq.
Qarşılaşmamız var”, – deyə reaksiya verib .

Qeyd edək ki, Mourinyo 2021-ci ildən “Roma”nı çalışdırır. Portuqaliyalı buna
qədər doğma ölkəsində “Benfika” və “Portu” ilə yanaşı, “Real Madrid”, “İnter”
və İngiltərənin “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” klubları ilə
işləyib.

Mənbə: championat.com


Source link