88194f0e-8f11-4c3a-a900-67d026bb313a..jpg

“Romantika şahzadəsi” Azərbaycana gəlir

Baxış sayı: 4. 339 dəfə baxılıb.

“Romantika şahzadəsi” Azərbaycana gəlir

Vaxtilə hər evdə səslənən “Ballade pour Adeline”, “Love story”, “Fur Elisse”,
“Winter Sonata” kimi mahnıların müəllifi, “Romantika şahzadəsi” Riçard
Klayderman ilk dəfə Azərbaycana gələcək.

Cixisyolu.com-ın məlumatına görə, məşhur pianoçunun mart ayında ölkəmizə gələcəyi
bildirilir.

“Dünyanın ən uğurlu pianoçusu” kimi Ginnesin Rekordlar Kitabına düşən pianoçu
150 milyon albomun satışı ilə əksər rok və pop ulduzlarını geridə qoyub. Onun
267 qızıl və 70 platin albomu var.

Dünya şöhrətli musiqiçi 1979-cu ildə ilk çıxışlarına başlayandan indiyədək 80
ölkədə 2500-dən çox konsert verib, repertuarında 1200-dən çox melodiya var.

Qeyd edək ki, Klayderman piano ifasını populyarlaşdırmaq üçün Bethovendən bəri
digər pianoçulardan daha çox iş görüb. Bu gün o, krossover üslubunun (iki
fərqli üslubu birləşdirən musiqi) kralı hesab olunur.

Source link