Braziliya milli yığmasının sabiq futbolçusu Ronaldinyo eyni vaxtda iki qadınla evlənməyə hazırlaşır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “O Dia” məlumat yayıb.
Nəşrin məlumatına görə, Ronaldinyo Prisiullu Koelyo və Beatris Souse adlı qadınlarla ailə quracaq.
Braziliya qanunvericiliyi çoxarvadlılığa icazə vermədiyindən, qeyri-adi nikah ABŞ-ın Santa-Monika şəhərində baş tutacaq.
Hazırda 37 yaşlı futbolçu nişanlıları ilə məhz həmin şəhərdə yaşayır.
Nikah mərasimi avqust ayına təyin olunub.
Qeyd edək ki, keçmiş “Barselona”lı futbolçu karyerasını 2018-ci ilin yanvar ayında başa vurub.