Ronaldo koronavirusa yoluxub
Braziliyanın “Kruzeyro” futbol klubunun sahibi Ronaldoda koronavirus
aşkarlanıb.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Braziliyalının vəziyyətinin yaxşı olduğu və özünü təcrid etdiyi bildirilir.
Xəstəliyi səbəbindən o, klubun bayram tədbirlərinə qatıla bilməyəcək.
Futbolçu kimi Ronaldo iki dəfə dünya çempionu (1994, 2002), həmçinin 1998-ci
il dünya çempionatının gümüş mükafatçısı olub.
Bu illər ərzində o, “Kruzeyro”, Hollandiyanın PSV, İspaniyanın “Barselona” və
“Real”, İtaliyanın “İnter” və “Milan”, Braziliyanın “Korintians” klublarında
çıxış edib.
Ronaldo iki dəfə ilin ən yaxşı oyunçusu kimi Qızıl top mükafatını qazanıb
(1997, 2002).
Mənbə: TASS