Futbol üzrə ikiqat dünya çempionu Ronaldo Luij Nazario dj Lima İspaniyanın “Valyadolid” klubunun prezidenti olub.
ÇıxışYolu.Com xəbər verir ki, Braziliya millisinin sabiq hücumçusu 30 milyon avroya klubun səhmlərinin 51%-nə yiyələnib.
Qeyd edək ki, Ronaldonun klubun 25 milyon avro borcunu ödəyəcəyi gözlənilir. Klubun əvvəlki prezidenti Karlos Suares bundan sonra komandada baş direktor vəzifəsini icra edəcək.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com