ed56dcf0-986c-4042-b283-0485993a9546..jpg

Ronaldu Ər-Riyadda sarı çiçəklərlə qarşılandı – FOTO/VİDEO

Baxış sayı: 750 dəfə baxılıb.

Ronaldu Ər-Riyadda sarı çiçəklərlə qarşılandı – FOTO/VİDEO

Bir neçə gün öncə Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubu ilə müqavilə imzalamış
Kriştianu Ronaldu Ər-Riyada gəlib.

Burada onu komandanın azyaşlı azarkeşləri qarşılayıblar.

Müvafiq görüntüləri ulduz futbolçu özünün sosial şəbəkə səhifəsində yayıb.

“Səmimi qəbula görə Ər-Riyada təşəkkür edirəm! Bu axşam sizi stadionda
gözləyirəm”, – portuqaliyalı forvard yazıb.

Hücumçu artıq “Əl Nəsr”də tibbi müayinədən də uğurla keçib. 37 yaşlı futbolçu
tibbi müayinədən fotosunu yayımlayıb.

Qeyd edək ki, Ronaldunun “Mrsul-Park” stadionundakı təntənəli təqdimat
mərasimi artıq başlayıb.Tədbirdə təxminən 30 min tamaşaçının iştirakı
gözlənilir.


Source link